“OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow”da ev elanlarına baxa biləcəklər.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik “Telegram” və “Discord”dakı “mini tətbiqlər”ə bənzəyir. İstifadəçilər “ChatGPT” ilə danışaraq, onun digər tətbiqlərlə necə işləyəcəyini seçə biləcəklər.
“Spotify”, “Canva” və “Zillow” artıq bu sistemin sınaqlarına başlayıblar. İlin sonunadək daha çox tərtibatçıya öz tətbiqlərini təqdim etmək imkanı veriləcək. Bu tətbiqlər “ChatGPT” istifadəçiləri üçün açıq kataloqda yer alacaq.
“OpenAI” bildirib ki, tətbiqlər “faydalı, etibarlı və ardıcıl” olmalı, reklam və əlaqəsiz məzmun paylaşmaq üçün istifadə edilməməlidir.