1 milyarda yaxın saxta avro aşkar edilib

DÜNYA 10 oktyabr 2025, 21:59
Rumıniya gömrükçüləri ölkənin cənub-şərqindəki Konstansa limanında dəyəri 1 milyard avroya yaxın olan saxta əskinaslar aşkar ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Rumıniyanın hüquq-mühafizə orqanları məlumat verir.

Rumıniya polisi Konstansa limanında 160 qutu saxta əskinas aşkar edib. Hüquq-mühafizə orqanları saxta pulları Avropa Polis Agentliyinin (Avropol) koordinasiyası ilə həyata keçirilən “Decoy III” əməliyyatı çərçivəsində aşkar ediblər. Məlumata görə, əməliyyat Çin və Türkiyə kimi ölkələrdən Aİ-yə daxil olan saxta əskinasların dəniz yolu ilə daşınmasını müəyyən etmək olub.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top