YapiKredi Müraciət Forması
Dünya

Telefonunun ekranında bu siyasətçinin şəkli var — FOTO

Telefonunun ekranında bu siyasətçinin şəkli var — FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov telefonunun kilid ekranında Rusiya Prezidenti Vladimir Putin və atası Əhməd Kadırovun şəklinin olduğunu göstərib.

Demokrat.az xəbər verir ki, bununla bağlı video Kadırovun "Telegram" kanalında yayımlanıb.

Paylaşımda bildirilib ki, Kadırov gecə saatlarında Vedeno rayonuna yoxlama səfəri edib. Səfərdə olduğunu təsdiqləmək üçün telefonunun ekranını yandıraraq görüntünü operatora göstərib.

Telefonunun ekranında bu siyasətçinin şəkli var — FOTO

Kadrlarda təqvimin 27 oktyabrı, saatın isə 03:25-i göstərdiyi görünür. Telefonun kilid ekranında Vladimir Putin və Ramzan Kadırovun atası Əhməd Kadırovun fotosu yer alıb.

Kadırov gecə yoxlamasının məqsədini də açıqlayıb:

"İdman-turizm kompleksinin ərazisində inşa edilən yeni hotelin tikinti meydançasındakı vəziyyəti yoxladım".

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Çeçenistan rəhbərinin oğlu Adam Kadırovun silahlı şəxslərin əhatəsində çəkilmiş fotosu yayılmışdı.

Editor
Redaktor