YapiKredi Müraciət Forması
İdman Sosial media

"Şərhimə görə üzr istəyirəm"

Şərhimə görə üzr istəyirəm

Fransalı futbolçu Kilian Mbappe Mao Tszedunla bağlı memə görə çinlilərdən üzr istəyib.

Demokrat.az xəbər verir ki, hücumçu üzrxahlığını "Instagram" səhifəsində paylaşıb.

Şərhimə görə üzr istəyirəm

"Şərhim düşünülməmişdi və indi başa düşürəm ki, bu, Çində və dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarında bir çox insanı incitdi", – deyə Mbappe bildirib.

İspaniya La Liqasının rəhbərliyi də futbolçunun üzrxahlığına qoşulub. Qurum İspaniya futbolunun bütün mədəniyyətlərdən olan insanlar arasında hörmətə, birgəyaşayışa və birliyə önəm verdiyini bəyan edib.

Qeyd edək ki, daha əvvəl bir neçə Çin şirkəti milli hissləri təhqir etdiyi üçün Mbappe ilə müqavilələrini ləğv edib. Futbolçu sevimli meminin qrafik redaktə vasitəsilə öz üzünün "çinli diktator" adlandırdığı şəxsin üzü ilə əvəzlənməsi olduğunu söyləyib. Bu açıqlama sosial şəbəkələrdə narazılığa səbəb olub.

Editor
Redaktor