Səbail Rayon İcra Hakimiyyəti icra başçısı Vüqar Zeynalovun inzibati xəta törətməsi və cərimə olunması barədə məlumatlara münasibət bildirib.
Qurumdan Demokrat.az-a verilən xəbərə görə, həmin informasiyalar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.
"Qanunvericiliyə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız qanunla müəyyən olunmuş əsaslar və müvafiq hüquqi prosedurlar çərçivəsində, səlahiyyətli orqanın rəsmi qərarı ilə həyata keçirilir", - İcra Hakimiyyətindən qeyd olunub.


