YapiKredi Müraciət Forması
Dünya

Pezeşkianın bu fikri ilə razıyam — Putin

Pezeşkianın bu fikri ilə razıyam — Putin

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianın enerji sektoruna tətbiq edilən sanksiyaların mənfi təsirləri ilə bağlı mövqeyini dəstəkləyib.

Demokrat.az xəbər verir ki, Putin bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində çıxışı zamanı danışıb.

"Enerji resursları bazarının həm istehsalçıları, həm də istehlakçıları üçün son dərəcə zərərli nəticələrə səbəb olması fikri ilə tamamilə razıyam", – deyə Putin iranlı həmkarına müraciətlə bildirib.

Rusiya lideri bəzi ölkələrin enerji sektorunda qanunsuz məhdudiyyətlər tətbiq etdiyini də qeyd edib. Onun sözlərinə görə, bu cür addımlar bazarın bütün iştirakçılarına zərər vurur.

Qeyd edək ki, Putin daha əvvəl Qərbin qanunsuz məhdudiyyətlər tətbiq etdiyini və milli maraqlarını müdafiə edən ölkələri ikinci dərəcəli sanksiyalarla hədələdiyini bildirmişdi. O, Rusiyaya qarşı 30 mindən çox sanksiyanın tətbiq edildiyini, bunun dünyadakı bütün digər ölkələrə tətbiq olunan sanksiyaların ümumi sayından təxminən iki dəfə çox olduğunu iddia etmişdi.

Editor
Redaktor