Türkiyənin xarici işlər naziri Hakan Fidan iraqlı həmkarı Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında Qəzza ilə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
H. Fidan bildirib ki, Qəzzada sülh planının birinci mərhələsi başa çatıb və bu mərhələnin təhlükəsiz şəkildə həyata keçirilməsi böyük əhəmiyyət daşıyır:
“İsrail tərəfindən hər hansı təxribatın olmaması, müharibəni yenidən alovlandıracaq və ya zorakılığı davam etdirəcək addımlardan çəkinmək lazımdır. Planın əsas hissələrinə humanitar yardımların bölgəyə daxil olması, köçkünlərin geri dönməsi və İsrail qüvvələrinin razılaşdırılmış mövqelərə çəkilməsi daxildir”.
XİN rəhbəri həmçinin qeyd edib ki, Türkiyə razılaşmanın icrasına texniki dəstək verəcək və beynəlxalq səviyyədə diplomatik səyləri bu istiqamətə yönəltməkdə davam edəcək:
“Bu razılaşmanın problemsiz həyata keçməsi, İsrailin yeni təxribatlardan uzaq durması son dərəcə önəmlidir. Türkiyə həm sahədə texniki yardım göstərir, həm də beynəlxalq səviyyədə sülh prosesinin davamlılığı üçün fəal diplomatik rol oynayır”.