Yeni Yasamalda yolkənarı ZİBİLXANAYA çevrilib — VİDEO

SOSİAL 11 oktyabr 2025, 09:14
Yeni Yasamalda, kənar dairəvi yolun bir hissəsi baxımsız vəziyyətdə qalıb və artıq zibilxanaya çevrilib.

BAKU.WS-ə daxil olan məlumata görə, ərazidə uzun müddətdir təmizlik işləri aparılmadığından tullantılar yığılaraq pis qoxu və antisanitar vəziyyət yaradıb. Sakinlərin sözlərinə görə, bu hissə səliqəyə salınsa, yaşayış massivindən dayanacağa gedən və əks istiqamətdə hərəkət edən insanlar üçün təhlükəsiz piyada yolu kimi istifadə oluna bilər.

Hazırda isə vətəndaşlar məcburən yolkənarı ilə hərəkət edir ki, bu da onların həyatı üçün ciddi risk yaradır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və səliqəyə salınmasını xahiş edirlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 10:11
Top