Moda və geyim tərzi hər il mövsümlə əlaqədar dəyişir. Xüsusilə də bu dəyişiklik özünü rənglərdə göstərir. Bu ilin payız aylarında hansı rənglərin dəbdə olacağını bilmək zövqlü geyinmək istəyənlər üçün olduqca önəmlidir.
Modern.az məhz bunu nəzərə alaraq, mövzu ilə bağlı modelyer Şəlalə Maqsudova ilə həmsöhbət olub.
Saytımıza açıqlamasında Şəlalə Maqsudova bu il payız geyimlərində üstünlük veriləcək rənglər barədə bunları deyib:
“Biz artıq 2025-ci ilin payız fəslinə qədəm qoymuşuq. Bu o deməkdir ki, dəb aləmində dəyişikliklər olacaq. Bu dəyişiklik əsas da özünü rənglərdə göstərəcək. Payızda dəbdə olan rənglər əksər xanımların sevdiyi rənglərdir. Bu il payız geyimlərində daha çox bordo, tünd yaşıl, şokolad, tünd göy rənglərinə daha çox yer veriləcək. Ağ və qara rənglər klassikdir və hər zaman gündəmdə qalır. Yəni təbii olaraq bu rənglərə, xüsusən də qara rəngə hər zaman tələbat var".
Modelyer onu da qeyd edib ki, zövqlü dəbi izləyən kişilər də bu rəng tonlarından istifadə edəcəklər.