“İnsanların çoxu SSRİ-nin dağılmasının nəticələrini tam dərk etmirdi” — PUTİN

DÜNYA 11 oktyabr 2025, 12:34
Vladimir Putin bəyan edib ki, insanların böyük əksəriyyəti SSRİ-nin dağılmasının və MDB-nin yaradılmasının nəticələrini tam dərk etmirdi.

“Sovet İttifaqı dağılanda və MDB-nin yaradılması elan ediləndə bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti nə baş verdiyini tam dərk etmirdi. SSRİ var idi, indi də MDB-dir”, – dövlət başçısı Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransı zamanı qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, vətəndaşlar demək olar ki, heç nəyin dəyişməyəcəyinə inanırdılar. “Bununla belə, hər şey kəskin şəkildə dəyişdi” -deyə Putin vurğulayıb.

Bundan əvvəl Vladimir Putin SSRİ-nin Qərb ölkələri ilə daha sıx əməkdaşlığa can ataraq mövcudluğuna son qoyması barədə fikir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top