Əməkdar artist Könül Kərimovanın mahnılarının başqalarının oxumasına etirazına şair Nazilə Səfərli etiraz edib.
Demokrat.az xəbər verir ki, N.Səfərli paylaşımında K.Kərimovanın ondan incidiyini deyib.
"Könül xanım, bəs mən sözlərimi xəbərdarlıqsız oxuyan gənclərə qadağa qoyanda niyə incidiniz? Gərək hər insanın öz başına gələ? Gənclik yekəbaşlıq deyil. Heç kimə dəyərindən artıq hörmət qoymayın" deyə, N.Səfərli bildirib.
Qeyd edək ki, K.Kərimova "Mahnılarıma toxunmayın. Nə istəyirsiniz edirsiniz. Qəti olmaz. Özünüz bilərsiniz, sizə xoş gəldi və ya yox: qadağalarım var. Bilmirəm müasirlik nə deməkdir? Gedin başqa mahnı oxuyun. İcazə vermirəm ki, mahnının qol-qənədini qırasınız, adını da müasirlik qoyasınız. Kim icazə verir ki, onları cılızlaşdırasınız? Nədi-nədi daha çox qəbul olunur? Qəbul edən həmin kütlə mənə lazım deyil. Hər şeyin yeri səhv düşüb. Qalmaqalla hara kimi getmək olar? Bunun içində mədəniyyətsizlik, hörmətsizlik var" açıqlamasını vermişdi.(Axşam.az)