Zaman keçdikcə daha çox insan vaxtilə didərgin düşdüyü doğma yurduna qayıdacaq.
"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz deyib.
O, Azərbaycanın azad edilmiş ərazilərinə ilk dəfə gəldiyini, bundan məmnun olduğunu vurğulayıb:
"Şuşa haqqında çox eşitmişdim, şadam ki, o şəhərdə oldum. Xatırlayıram, Prezident İlham Əliyevlə ilk görüşümüzdə demişdim ki, mümkün olan qısa müddətdə Qarabağa səfər edəcəyəm. Bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini, sürətli inkişafı görmək çox xoşdur.
Səfərimiz zamanı bir çox kənd və şəhərlərin münaqişə dövründə məruz qaldığı dağıntıları da gördük. Lakin buralarda icra olunan infrastruktur layihələri, yeni yollar, tunellər və körpülərin inşası, həmçinin başqa işlər insanda unudulmaz təəssürat yaradır. Fikrimcə, bir vaxtlar öz yurdundan didərgin düşmüş daha çox insan zaman keçdikcə öz doğma torpaqlarına qayıdacaq".