"Müəllimlər üzərində nəzarət mexanizmi yaradılmalıdır" — TƏKLİF

GÜNDƏM 11 oktyabr 2025, 18:33
"Bu, çox vacib və eyni zamanda, cəmiyyətimiz üçün yaralı bir mövzudur. Burada xüsusilə müəllimlərin şagirdlərə qarşı şiddət göstərməsi problemi ciddi narahatlıq doğurur.Məncə, bu kimi halların qarşısını almaq üçün iki əsas mexanizm vacibdir. Birincisi, müəllimlər mütləq psixoloji testdən keçirilməlidirlər. Çünki müəllim təkcə bilik ötürən deyil, həm də uşağın şəxsiyyətinə təsir edən bir fiqurdur. İkincisi, müəllimlər üzərində real nəzarət mexanizmi olmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib. 

"Təəssüf ki, bəzi müəllimlər sanki həyatları boyu nə əxlaq, nə mənəviyyat dərsi keçiblər. Dəyər nədir, bilmir, uşağa qarşı düşmən kimi davranırlar. Halbuki uşaqla ünsiyyət xüsusi bacarıq tələb edən bir sahədir. Bu bacarığa yiyələnmədən, sadəcə savadla müəllim olmaq mümkün deyil.
Bəzən bir müəllimin yanlış davranışı uşağın həyatında dərin iz buraxa bilər. O, travma yaşayar, depressiyaya düşər, həyatdan küsər. Belə hallar uşağın gələcəyini məhv edə bilər. Ona görə də bu məsələ olduqca ciddi yanaşma tələb edir. Mən arzu edirəm ki, Təhsil Nazirliyi bu məsələyə xüsusi diqqət ayırsın, çünki müəllim olmaq sadəcə dərs demək deyil, həm də insan yetişdirmək məsuliyyətidir".


Qeyd edək ki, son zamanlar məktəb mühitində müəllimlərin şagirdlərə qarşı zorakılıq halları artıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 17:04
Top