YapiKredi Müraciət Forması
Dünya

Zelenskiyə oyuncaq təyyarə hədiyyə etdi

Zelenskiyə oyuncaq təyyarə hədiyyə etdi

F-16 qırıcı təyyarələrinin istehsalçısı Ukrayna lideri Volodimir Zelenskiyə oyuncaq təyyarə hədiyyə edib.

Demokrat.az xəbər verir ki, Zelenski ABŞ-nin müdafiə şirkəti "Lockheed Martin"in komandası ilə görüşünü əks etdirən videonu teleqramda paylaşıb.

Zelenskinin sözlərinə görə, şirkət Kiyevi təkcə F-16-larla deyil, həm də "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin edir.

"Şirkət hazırda ballistik raketləri zərərsizləşdirən vasitələrin istehsalını artırır. Ümid edirik ki, onlardan bir qismini ala biləcəyik. Həmçinin, F-16-ların texniki xidmət və təmirinin Ukraynada həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Zelenski bildirib.

NE
Nihadə Eyyubova