YapiKredi Müraciət Forması
Dünya Özəl

Kim Çen In komaya düşdü - İddia

Kim Çen In komaya düşdü - İddia

Şimali Koreya lideri Kim Çen Inın beyin qanaması keçirərək komaya düşdüyü və təcili müalicə üçün Çinə aparıldığı barədə iddialar yayılıb.

Demokrat.az "The Sun" nəşrinə istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri Kim Çen Inın səhhətində ciddi problem yarandığını və Pekindəki xəstəxanalardan birinə aparıldığını iddia edirlər.

Məlumatlarda bildirilir ki, Şimali Koreya liderinə Pekində yerləşən Pekin İttifaq Tibb Kollecinin Xəstəxanasında təcili tibbi yardım göstərilib. Onun Pxenyandakı tibbi imkanların məhdudluğu səbəbindən ölkədən çıxarıldığı da iddialar arasındadır.

Qeyd edək ki, Kim Çen In sonuncu dəfə oktyabrın 11-də Pxenyanda yerləşən müdafiə muzeyinə səfəri zamanı ictimaiyyət qarşısında görünüb.

Ekspert Benedict Rogers oxşar şayiələrin əvvəllər də yayıldığını xatırladaraq, ölkə rəhbərliyinin Kim Çen Inın səhhətinin yaxşı olduğunu göstərən məlumatlar açıqlaya biləcəyini bildirib.

Bəzi paylaşımlarda Kim Çen Inın ölümü və onun bacısı Kim Yo Conun hakimiyyətə gəlməsi ehtimalı da müzakirə olunur.

Kim Çen Inın beyin qanaması keçirməsi, komaya düşməsi və Çində müalicə alması barədə məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

NE
Nihadə Eyyubova