"Mən sənət deyib gəlmişəm, şou-biznes deyib gəlməmişəm. Şəxsən öz adımdan deyirəm ki, mənə bu anlayış çatmır. Bundan danışa bilmərəm. Kim şou-biznesdədirsə, o danışsın".
Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Sevilən səhər" verilişində deyib.
"Bizdə kim normal şou göstərir? Şou başqa bir şeydir. Kimlər şou-biznesdədirsə, qoy, şoularını göstərib bizneslərini qursunlar. Mən sənətdəyəm. Fikirləşməmişəm ki, bu gün filan yerdə oxuyub pul qazanacağam. 17 yaşımdan bu sual mənə veriləndən elə bu fikri deyirəm".


