YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Serenay Sarıkayanın masasına sirli qeyd göndərildi – Kağızda bunlar yazılıb

Serenay Sarıkayanın masasına sirli qeyd göndərildi – Kağızda bunlar yazılıb

Türkiyəli aktrisa Serenay Sarıkaya bu dəfə restoranda başına gələn maraqlı hadisə ilə gündəmə gəlib. Parisdə podiuma çıxması ilə diqqət çəkən məşhur aktrisa restoranda masasına göndərilən kiçik kağızın şəklini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.

Məlumata görə, qeyddə restorandakı bəzi müştərilərin Sarıkaya ilə tanış olmaq istədiyi bildirilib. Əl yazısı ilə yazılan kağızda "Qonaqlarımız getməzdən əvvəl sizinlə tanış olmaq istəyirlər..." cümləsi yer alıb.

Qeydi kimin göndərdiyi açıqlanmayıb. Aktrisanın bu dəvətə necə cavab verdiyi də hələlik məlum deyil. Bununla belə, nəzakətli müraciət sosial şəbəkələrdə diqqət çəkib.

Qeyd edək ki, "Lale Devri", "Medcezir", "Fi", "Şahmaran" və "Ailə" kimi ekran işləri ilə tanınan Serenay Sarıkaya Türkiyənin ən çox müzakirə olunan aktrisalarından biridir. Onun müğənni Mert Demirlə münasibəti də tez-tez maqazin gündəminə gəlir.

Serenay Sarıkayanın masasına sirli qeyd göndərildi – Kağızda bunlar yazılıb

Jalə