Kardioloq Karla Okabe bildirib ki, qadınlarda ürək xəstəlikləri qeyri-aşkar simptomlarla özünü büruzə verə bilər. O, bu orqanla bağlı problemlərin əlamətlərini "Terra" nəşrinə müsahibəsində açıqlayıb.
"Qadınlarda ürək-damar xəstəlikləri həmişə klassik şəkildə özünü göstərmir. Tarixən tədqiqatlar əsasən kişilər üzərində aparılıb, buna görə də ən çox tanınan kişi modeli olub. Bu gün bilirik ki, qadınlarda şikayətlər fərqli ola bilər", – Okabe izah edib.
Həkim ürək-damar xəstəlikləri olan qadınlarda yarana biləcək simptomlar kimi daimi yorğunluğu, fiziki iş qabiliyyətinin azalmasını, əvvəllər asan görülən hərəkətlər zamanı nəfəs darlığını, həmçinin başgicəllənməni, taxikardiyanı və bədənin müxtəlif nahiyələrində ağrıları göstərib.
Bundan əlavə, siqaret çəkən, az hərəkətli həyat tərzi keçirən, otoimmün xəstəlikləri, polikistik yumurtalıq sindromu, artıq çəkisi, infarkt və ya insulta irsi meyli, yüksək qan təzyiqi, qanda xolesterin və ya şəkər səviyyəsi olan qadınlar sadalanan simptomlar olmasa belə, kardioloqun nəzarətində olmalıdırlar, – deyə həkim vurğulayıb.


