YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray"da ulduz futbolçu ilə bağlı sərat qərar: "Lill"lə oyun həlledici olacaq

Qalatasarayda ulduz futbolçu ilə bağlı sərat qərar: Lilllə oyun həlledici olacaq

"Qalatasaray"ın almaniyalı cinah oyunçusu Leroy Sanenin son həftələrdəki zəif çıxışı komandanın məşqçi heyətini hərəkətə keçirib. Təcrübəli futbolçunun son yeddi rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmaması "Lill"lə qarşılaşma öncəsi onunla fərdi söhbətlərin aparılmasına səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Mövsümə böyük gözləntilərlə başlayan 30 yaşlı futbolçunun hücumdakı effektivliyi son oyunlarda sual doğurur. Sane "Gənclərbirliyi" ilə səfər matçında da gözlənilən performansı göstərə bilməyib və qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənib.

Baş məşqçi Okan Burukun cinah oyunçularının rotasiyasına yenidən baxa biləcəyi bildirilir. Bu baxımdan, Sane üçün "Lill"lə Avropa səhnəsində keçiriləcək görüş özünü doğrultmaq və məşqçilərin etimadını yenidən qazanmaq baxımından mühüm sınaq olacaq.

Bundan başqa, Rafael Leaonun zədələnməsi hücum xəttində Sane üzərinə düşən məsuliyyəti daha da artıra bilər. Futbolçunun qarşıdakı oyunda göstərəcəyi performansın həm yaxın matçlar üçün heyət seçiminə, həm də klubun uzunmüddətli planlarına təsir edə biləcəyi vurğulanır.

Jalə