YapiKredi Müraciət Forması
Dünya Hadisə

Canlı yayım zamanı rahibin başına xaç düşdü - VİDEO

Canlı yayım zamanı rahibin başına xaç düşdü - VİDEO

Ekvadorun Quayakil şəhərində dini ayin zamanı üzərinə xaç düşən rahib həyatını itirib.

Demokrat.az xəbər verir ki, hadisə kilsədə keçirilən ibadətin internet üzərindən canlı yayımlandığı vaxt baş verib.

Belə ki, Katolik Kilsəsinə məxsus Daimi Yardımçı Məryəm Ana kilsəsində dini ayin zamanı divardan qopan xaç rahib Patrisio Alfredo Sançes Molinarinin başına düşüb.

Quayakil şəhərinin baş yeparxiyası rahibin vəfat etdiyini təsdiqləyib.

Hadisənin görüntülərini təqdim edirik: