ABŞ-nin Las Veqas şəhərində gitara formasında nəhəng göydələn inşa edilir. Təxminən 200 metr hündürlüyündə olacaq bina qeyri-adi görünüşü və güclü işıqlandırma sistemi ilə şəhərin yeni simvollarından birinə çevriləcək.
Demokrat.az xəbər verir ki, "Hard Rock" şirkətinin həyata keçirdiyi layihə keçmiş "The Mirage" otelinin ərazisində reallaşdırılır.
42 mərtəbəli binanın yuxarı hissəsindən gecələr güclü işıq şüası yayılacaq. Bu işığın bir neçə kilometr uzaqdan görünəcəyi gözlənilir.
Kompleksdə lüks otel otaqları, kazino, 5 min nəfərlik konsert zalı və teatr fəaliyyət göstərəcək. Layihənin ümumi dəyərinin 4-5 milyard dollar olduğu bildirilir.
Tikintinin 2027-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır.

Jalə


