Müğənni Nadir Qafarzadə ailə qurmaq istəməyən gənclərin yanaşmasını tənqid edib.
Demokrat.az xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" verilişində danışıb:
"Həyat bir xətt üzərində deyil, enişli-yoxuşludur. Belə şeylərdən qorxmaq lazım deyil. Çox vaxt görürəm ki, gənclər müsahibədə deyir ki, "Niyə evlənim? Özüm üçün yaşayıram". İnsan necə özüm üçün yaşayıram deyə bilər? Çox nahaq yerə özün üçün yaşayırsan. Belə bir qanun yoxdur. Həyatda insan kiməsə və ya nəyəsə görə yaşamalıdır. Özün üçün də yaşa, amma yadından çıxarma ki, sənə sevgi, stimul verən insanlar var. Allah gözəl ailələrimizi qorusun. Hələ ki, abır-həyalı ailələrimiz qalıb. Allah onları bizə çox görməsin". (axşam.az)


