YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Üzərində bu sözlər olan qidaları heç vaxt almayın

Üzərində bu sözlər olan qidaları heç vaxt almayın

Pəhrizçi-mütəxəssis Valeska Nişida bildirib ki, faydalı görünən məhsulların hamısı əslində belə deyil. O, Terra nəşrinə müsahibəsində supermarketdə sağlam qidanı zərərli qidadan ayırmağın yollarını izah edib.

Nişida vurğulayıb ki, hər məhsulun tərkibini mütləq oxumaq lazımdır. Qablaşdırmadakı «faydalı», «təbii» və ya «sağlam» kimi yazılar heç nə ifadə etmir. Məhsulu qiymətləndirərkən tərkibdəki inqrediyentlərin ardıcıllığına diqqət yetirmək vacibdir: siyahıda ilk yerdə həmişə ən çox miqdarda olan komponentlər göstərilir.

Mütəxəssis istehsal zamanı tərkibinə şəkər, doymuş yağlar, yüksək miqdarda natrium və rafinə edilmiş un əlavə olunmuş qidaları almamağı tövsiyə edib. «"Şəkərsiz" qeydi olan məhsul mütləq kalorisiz, karbohidratsız və ya yağsız demək deyil. Tərkibindən asılı olaraq, onda enerji və qida dəyərinə mənfi təsir edən digər inqrediyentlər ola bilər», - deyə həkim xəbərdarlıq edib.

Eyni qayda «zülalla zəngin» və ya «lif mənbəyi» yazılı məhsullara da aiddir. Nişidanın sözlərinə görə, belə məhsullarda çox vaxt həqiqətən vacib qida maddələri olur, lakin yoxlayanda tərkibin qalan hissəsi şübhəli çıxa bilər.

Nəhayət, Nişida xatırladıb ki, natriumun, zülalların, yağların və karbohidratların miqdarı, eləcə də kalori həmişə 100 qrama görə göstərilir. Buna görə məhsulun ümumi çəkisini nəzərə almaq vacibdir.

Editor
Redaktor