Kostya Kudo kimi tanınan kriptovalyuta sahibkarı Konstantin Qaniç rəqəmsal aktivlər bazarının çökməsindən sonra intihar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Mənbələrin məlumatına görə, iş adamı Ukraynanın Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib və 65 milyon dollar dəyərində vəsaitləri idarə edib ki, bunun 10 milyon dolları Ukrayna kəşfiyyatı tərəfindən təmin edilib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ölümündən əvvəl göndərdiyi vida mesajında o, maddi sıxıntılardan şikayət edib. İş adamı müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrinin xeyrinə külli miqdarda ianə verməsi ilə tanınıb. Onun cəsədinin yanında tapılan tapançanı isə sahibkara daha əvvəl Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov şəxsən hədiyyə edib.
Bildirək ki, kriptovalyuta bazarının kəskin çökməsi böyük aktivlərin, o cümlədən ukraynalı investorlara və deputatlara məxsus vəsaitlərin likvidasiyasına (ləğvinə) gətirib çıxarıb. Konstantin Qaniç daha əvvəllər ona qarşı təzyiqlər, naməlum şəxslərin onu fiziki zorakılıqla hədələmələri barədə məlumat vermişdi. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. İş adamı daha əvvəl partnyoruna görə 1.3 milyon dollar itirdiyini bildirsə də, vəsaiti investorlara qaytardığını iddia edib.