Rusiyada yeddi kiloqram ağırlığında uşaq doğulub

DÜNYA 11 oktyabr 2025, 19:50

Rusiyanın Ulan-Ude şəhərində təxminən yeddi kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli perinatal mərkəzdən məlumat verilib.

Bildirilir ki, çəkisi 6 700 qram, boyu 66 santimetr olan uşaq oktyabrın 11-də doğulub.

Qeyd olunur ki, peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş rahat keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top