Boy fərqləri gündəm oldu — FOTOLAR

DÜNYA 11 oktyabr 2025, 21:51

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin sosial media hesabındakı paylaşımı gündəm olub.

Axşam.az xəbər verir ki, o, Ceki Çan, Şakil O Nil və Yao Minqlə bir araya gəlib. Bekhem paylaşımına "Üç əfsanə ilə görüş" qısa şərhini yazıb.

Maraqlı məqamlardan biri isə məşhurların boy fərqləri olub. Belə ki, Yao Minq 2,29 metr, Şakil O Nil 2,16 metr, Devid Bekhem 1,83 metr, Ceki Çan isə 1,74 metr boyundadır. Boy fərqi izləyicilərin böyük marağına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 22:58
Top