Almaniyada naməlum şəxs insanlara atəş açıb, yaralananlar var

DÜNYA 11 oktyabr 2025, 20:52
Almaniyanın Gissen şəhərinin (Hessen ştatı) mərkəzi meydanında naməlum şəxs insanlara atəş açıb.

APA xəbər verir ki, bu barədə DPA polisə istinadən məlumat yayıb.

Məlumata görə hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Şübhəli şəxs hadisə yerindən qaça bilib, lakin hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükənin olmadığını düşünür.

Onun tapılması istiqamətində əməliyyat aparılır.

Hadisə yerli vaxtla 15:10 radələrində baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 22:58
Top