Makron Qəzza razılaşmasını dəstəkləmək üçün Misirə səfər edəcək

DÜNYA 11 oktyabr 2025, 23:14
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Misirə getməyi planlaşdırır.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında bildirilib.

Vurğulanıb ki, Makronun səfəri sentyabrda Nyu-Yorkda Yaxın Şərq sülh konfransında irəli sürülən Fələstin üzrə Fransa-Səudiyyə təşəbbüsü ilə uyğun gəlir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Tərəflər arasında razılaşmaya əsasən, HƏMAS oktyabrın 13-ü səhərə qədər diri və ya ölü 48 girovu İsrailə qaytarmalıdır. Bunun müqabilində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinlini və 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bəri saxlanılan 1 700-dən çox Qəzza sakinini azad etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2025, 00:07
11 oktyabr 2025, 22:58
Top