"HƏMAS tərəfindən saxlanılan israillilər bazar ertəsi vətənə qayıtmalıdırlar, lakin onların hamısı sağ deyil. Hazırda bütün Qəzza zolağında israilli girovların həm dirisini, həm də ölüsünü toplayırlar".
Oxu.Az "Al Jazeera"ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Tramp cümə günü gec saatlarda Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək bildirib ki, bazar ertəsi "möhtəşəm" gün olacaq. HƏMAS 48 israilli əsirin istər dirisini, istərsə də ölüsünü İsrail həbsxanalarında saxlanılan iki min fələstinli məhbusla mübadilə edəcək.
"İndi biz söhbət edərkən cəsədlərin bəzisi torpağın altından çıxarılır. Onlar hazırda məhz bu işi görürlər. Bu, faciədir", - deyə Tramp deyib.
ABŞ-nin vasitəçiliyi ilə bağlanmış sülh razılaşmasının şərtlərinə görə, HƏMAS atəşkəsdən sonra 72 saat ərzində bütün əsirləri qaytarmağa razılıq verib.