Livan İranın maddi yardımından imtina etdi

DÜNYA 11 oktyabr 2025, 21:30
Tehran Beyruta 60 milyon dollarlıq yardım təklif edib, lakin Livan hökuməti bu yardımı qəbul etməkdən imtina edib.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın Livandakı səfiri Müctəba Əmani bildirib.

Onun sözlərinə görə, Livan rəsmiləri bu qərarı beynəlxalq sanksiyalardan çəkinməklə əsaslandırıblar. Səfir bu mövqeyi tənqid edərək qeyd edib ki, ABŞ-nin Livana verdiyi yardım vədləri artıq üç ildir yerinə yetirilmir.

Diplomat əlavə edib ki, İranın təklif etdiyi yardım iqtisadi və sosial böhran şəraitində ölkə əhalisinin bir sıra problemlərinin həllinə kömək edə bilərdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 22:58
Top