Azərbaycan - Şotlandiya oyununun hakimləri açıqlandı

İDMAN 11 oktyabr 2025, 16:21
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun təyinatları açıqlanıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Sayatu Karabaevu idarə edəcək.

Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da "Liv Bona Dea" arenada keçiriləcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 17:04
Top