Dövlət xətti ilə nə qədər ipoteka verilib?

SOSİAL 11 oktyabr 2025, 13:45
Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 950 borcalana 3,675 milyard manat kredit verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Trend İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

8 253 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 17:04
Top