“Rusiya–Azərbaycan arasında 8 aydan çox davam edən siyasi münaqişə dönəmində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri nəinki səngimiş, əksinə, bir qədər də genişlənmişdir. Bu ilin 7 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 19,3% artmışdır. Daha doğrusu, müqayisə edilən dövrdə xarici ticarət dövriyyəsi 2 milyard 573 milyon ABŞ dollarından 3 milyard 069 milyon dollara qalxmış, bu zaman Rusiyadan Azərbaycana ixracın həcmi 22,5%, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 9,9% artmışdır”.
Bunu Demokrat.az-a açıqlamasında İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, bu faktları Putin də görüş zamanı ümumi şəkildə etiraf etdi:

“Bu faktın özü iki ölkə arasında münasibətlərin hər hansı bir hadisə səbəbindən yaranmış siyasi gərginlikdən daha dərində olduğunun göstəricisidir. Deməli, hadisədən ötən müddət ərzində hər kəs daha çox inanırdı ki, iki ölkə arasında yaranmış gərginlik tezliklə ölkə rəhbərləri tərəfindən nizama salınacaqdır. Bundan sonrakı dönəmdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənəcəyi şübhə doğurmur”.
Cavidan Mirzəzadə
Demokrat.az