Fələstinin HƏMAS hərəkatı daha iki israilli girovun meyitini yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:00) Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.
"Report"un məlumatına görə, bu barədə açıqlama HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"nın teleqram kanalında yayılıb.
"Fələstinli məhbusların (İsrail girovlara) dəyişdirilmə müqaviləsi çərçivəsində iki girovun meyitinin saat 22:00 radələrində təhvil verilməsi qərara alınıb", - açıqlamada deyilir.
Qırmızı Xaç tərəfindən alınacaq girovların təhvil verilmə yeri və adları hələ açıqlanmayıb.