Rumıniya hökuməti Aİ və ya Avropa İqtisadi Bölgəsinə üzv olmayan ölkələrin vətəndaşları üçün "İnvestisiya ilə Rezidentlik Proqramı" adlı yeni təşəbbüs hazırlayır. Layihə çərçivəsində ölkəyə ən azı 400.000 avro məbləğində sərmayə yatıran şəxslərə 5 illik yaşayış icazəsi - yəni "Qızıl viza" veriləcək.
Demokrat.az xəbər verir ki, profit.ro portalının məlumatına görə, bu proqram Yunanıstan, Portuqaliya, İspaniya və İtaliya kimi Avropa ölkələrinin oxşar modellərindən ilhamlanıb. Yeni sistem investorların Rumıniyada uzunmüddətli fəaliyyət göstərməsinə və 5 ildən sonra vətəndaşlıq üçün müraciət etməsinə imkan yaradacaq.
Proqrama əsasən, "Qızıl viza" əldə etmək istəyənlər aşağıdakı sahələrdən birinə sərmayə qoya bilərlər:
Ən azı 5 illik ödəmə müddəti olan Rumıniya dövlət istiqrazlarının alınması (minimum 400.000 avro);
Ən azı 5 il müddətində saxlanılacaq 400.000 avro dəyərində daşınmaz əmlakın alınması;
ASF tərəfindən icazə verilmiş investisiya fondlarına ən azı 400.000 avro yatırılması;
Birjada siyahıya alınmış Rumıniya şirkətlərinin səhmlərinə minimum 400.000 avro dəyərində sərmayə qoyuluşu.