Fransalıların üçdə biri Makronun istefasını istəyir

DÜNYA 17 oktyabr 2025, 23:52
Fransa vətəndaşlarının əksəriyyəti ölkəni bürüyən siyasi böhrandan narazıdır və bu haldan utanır, hər üç nəfərdən biri isə Fransa prezidenti Emmanuel Makronun vaxtından əvvəl istefasını istəyir.

APA xəbər verir ki, bu, Verian şirkətinin “Le Figaro” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində öz əksini tapır.

Müxalifətin hökuməti istefaya məcbur edə bilmədiyi və Milli Assambleyada (parlamentin aşağı palatası) təqdim etdiyi etimadsızlıq təklifləri üçün kifayət qədər səs toplaya bilmədiyi 14-16 oktyabr tarixləri arasında keçirilən sorğuda 1000 nəfərin iştirak etdiyi bildirilir.

Sorğuda iştirak edənlərin 39%-i ölkədəki mövcud vəziyyətlə bağlı ümidsiz, 35%-i yorğun, 21%-i kədərli və 18%-i də bu vəziyyətdən qorxduğunu deyib.

Yerdə qalan 9% vətəndaş hazırkı vəziyyətə biganə qaldığını, 5% isə hələ də yaxşılaşmağa ümid etdiyini bildirib.

Sevinc, qürur, intizar və məmnunluq kimi müsbət emosiyalar respondentlərin yalnız 1%-i tərəfindən yaşanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 23:56
17 oktyabr 2025, 20:21
Top