"Bütün dünyada olduğu kimi Azərbaycanda da demoqrafik risklər öz əksini tapıb. İqtisadiyyatda buna "demoqrafik qayçı" deyirlər. Yəni əhali yaşlandıqca pensiya ödüyənlərin azalması və pensiya alanların çoxalması riski yaranır".
Bunu Demokrat.az-a açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov deyib. O bildirib ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədi təklif deyil, proqnozdur və risk amillərini nəzərə çatdırmaq istəyir:
"Düşünürəm ki, yaxın 2-3 ildə bununla bağlı problemimiz olmayacaq. Kişilərdə 65 yaşdır, qadınlarda 63 yaş var 6 ay uzadılma göstərilir. 2027-ci ildə bu pensiya yaşı sabitlənəcək. 2027-ci ilə qədər bu məsələlər öz həllini tapıb, "demoqrafik qayçı" məsələsi də nəzərə alınıb. Düşünürəm hökümət bununla bağlı əlavə islahatlara gedəcək.
Bəzi ölkələrində pensiya yaşı 67-dir və yaşlıların əmək bazarında qalması təşviq edilir, subsidiyalar ayrılır. Buna səbəb bütün dünyada doğulanlarla pensiyaya çıxanlar arasında balansın qorunmasıdır. Azərbaycanda da belə bir yanaşmanın tətbiqi düşünürəm ki, yaxşı olardı".
Cavidan Mirzəzadə
Demokrat.az