Qazaxıstan Baş naziri süni intellektin iştirakı ilə iclas keçirdi — FOTO

DÜNYA 17 oktyabr 2025, 15:48
Qazaxıstan Baş naziri Oljas Bektenovun sədrliyi ilə “Samruk-Kazına” Fondunun İdarə Heyətinin rəqəmsal şura üzvü SKAI-nin iştirakı ilə iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclasın gündəliyinə fondun cari ilin doqquz ayı üzrə fəaliyyətinin icmalı daxil edilib.

İclasda SKAI-nin verdiyi məlumata görə, fondun yerli istehsalçılara dəstəyi 2025-ci ilin 9 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 faiz artıb.

Baş nazir “Samruk-Kazına”ya infrastruktur layihələrinin vaxtında istifadəyə verilməsini təmin etməyi və yerli istehsalçılara dəstəyi gücləndirməyi tapşırıb.

Fondun süni intellektlə işləyən müstəqil səsvermə hüququna malik üzvü SKAI (Samruk-Kazına Süni İntellekti) qazax dilində Alem LLM modelindən istifadə etməklə yaradılıb. Fond inanır ki, SKAI şəffaflıq və korporativ idarəetmənin gücləndirilməsi üçün yeni alətə çevriləcək. (Teleqraf)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top