Ramiz Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

GÜNDƏM 17 oktyabr 2025, 15:37
Prezident Adminstrasiyasının keçmiş rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gəlib.

Demokrat.az qaynarinfo-ya istinadla xəbər verir ki, Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız "Bank BTB"nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır.

Nigar Mehdiyeva 1993-1999-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Məlumatlarda iddia edilir ki, o, bir həkim kimi karyera yüksəlişində ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub.  Dördpendirli pizza

Onun ATU-nun klinikasında yüksək vəzifələrə təyinat illəri Əhliman Əmiraslanovun rektor olduğu illərlə üst-üstə düşür. Bundan başqa, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dostdur. Onların hər ikisi fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.

Xatırlatma: Əhliman Əmiraslanov hazırda deputatdır. O, Milli Məclisdə 67 saylı Sabirabad seçki dairəsini təmsil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top