“Prezident İlham Əliyevin “Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı” bəyanatı iki ölkə münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə işarədir”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, bu açıqlama xüsusilə Cənubi Qafqazda sülh gündəminin aktuallaşdığı bir dövrdə mühüm əhəmiyyət daşıyır:
“Uzun müddət Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik müşahidə olunurdu. Xüsusilə Qarabağ münaqişəsi dövründə Fransanın mövqeyi Bakıda birmənalı qarşılanmamışdı. Lakin indi tərəflərin dialoqa qayıtması beynəlxalq münasibətlərdə realizmin qalib gəldiyini göstərir. Azərbaycanın sürətlə artan iqtisadi və siyasi nüfuzu Parisin də münasibətlərə yenidən baxmasına səbəb olub. Prezidentin bu fikri diplomatik yumşalma siqnalı kimi dəyərləndirilə bilər. Həm Bakı, həm də Paris üçün qarşılıqlı əməkdaşlıq Avropa enerji təhlükəsizliyi baxımından önəmlidir”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan bu gün Fransa şirkətləri üçün etibarlı tərəfdaş kimi çıxış edə bilər:
“Fransa da bölgədə nüfuzunu qorumaq üçün münasibətləri bərpa etməyə maraqlıdır. Bu açıqlama həm də Azərbaycanın özünə inamlı xarici siyasətinin göstəricisidir. Rəsmi Bakı artıq emosional ritorikadan çox, praqmatik diplomatiyaya üstünlük verir. Əgər bu istiqamət davam etsə, iki ölkə arasında yeni əməkdaşlıq səhifəsi açılacaq. Bu, bütövlükdə regionda sabitliyə və qarşılıqlı etimada xidmət edəcək”.
Leyla Turan
Demokrat.az