“Hazırda qüvvədə olan qiymətləndirmə sistemi əsasən iki baza fənni ana dili və riyaziyyatı, həmçinin xarici dili əhatə edir. Dövlət Bununla belə, “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”nda tarix, coğrafiya, fizika, kimya və digər fənlərin də yekun qiymətləndirməyə daxil edilə biləcəyi qeyd olunur”.
Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elçin Mirzəbəyli Demokrat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu, Azərbaycan tarixinin gələcəkdə imtahan proqramına daxil edilməsinin hüquqi və institusional əsasının artıq mövcud olduğunu göstərir:
“Təhsil ekspertlərinin və müəllimlərin son dövrlərdə səsləndirdiyi fikirlər də bu istiqamətdə artan ictimai tələbatı əks etdirir. Onların fikrincə, tarix fənninin imtahanlara salınması yalnız bilik yoxlaması məqsədi daşımayacaq, həm də şagirdlərin milli kimlik və vətənpərvərlik duyğularının formalaşmasına ciddi töhfə verəcək. Həqiqətən də, tarix tədrisi sadəcə faktların əzbərlənməsi deyil, həm də milli yaddaşın və dövlətçilik şüurunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan tarixinin 9-cu sinif buraxılış imtahanına daxil edilməsi ideyası yalnız tədris məsələsi deyil, eyni zamanda özündə ideoloji və sosial məsuliyyət anlayışlarını daşıyan yanaşma kimi də qiymətləndirilə bilər. Praktik müstəvidə bu ideyanın həyata keçirilməsi üçün müəyyən hazırlıq mərhələləri tələb olunur. Əvvəla, tarix fənninin qiymətləndirilməsi digər fənlərdən fərqli olaraq daha çox analitik və kontekstual düşüncə tələb edir. Bu isə test modeli və sual banklarının elə hazırlanmasını zəruri edir ki, şagirdin sadəcə faktları deyil, həm də səbəb-nəticə əlaqələrini anlama bacarığı yoxlanılsın. Bundan başqa, müəllim hazırlığı, dərsliklərin məzmunu, tədris proqramları və metodik resursların yenilənməsi bu prosesin mühüm hissəsidir”.
Millət vəkili bildirib ki, yalnız bu tələblər təmin olunduqdan sonra fənnin imtahana daxil edilməsi effektiv nəticə verə bilər:
“Əlbəttə, bu addımın həyata keçirilməsi bir sıra əlavə çətinlikləri də özü ilə gətirəcək. İmtahan fənlərinin sayının artması şagirdlərin dərs yükünü və psixoloji gərginliyini müəyyən qədər artıracaq. Digər tərəfdən, tədris keyfiyyətinin qeyri-bərabərliyi də nəticələrdə disbalans yarada bilər. Buna görə də belə bir dəyişiklik tədricən, mərhələli şəkildə, pilot məktəblərdə sınaq imtahanlarının keçirilməsi ilə reallaşdırılsa, subyektiv qənaətimə görə, daha yaxşı olar. Bütün bu arqumentlərə baxmayaraq, tarix fənninin 9-cu sinif buraxılış imtahanına salınması təhsilin strateji məqsədlərinə uyğundur. Çünki bu qərar həm bilik keyfiyyətini yüksəldər, həm də gənc nəsildə milli mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edər. Müstəqil dövlətçilik tarixi, milli azadlıq mübarizəsi, Azərbaycançılıq ideyası və çağdaş siyasi inkişaf prosesi gənclər üçün yalnız dərslik mövzusu deyil, həm də şəxsiyyəti formalaşdıran ideoloji baza təşkil etməlidir. Beləliklə, tarix fənninin imtahanlara daxil edilməsi ehtimalı real görünür, lakin bu, tələsik addım deyil. Qərar qəbul edilərsə, onun məqsədi sadəcə bir fənnin artırılması yox, milli təhsil sisteminin dəyərlər yönümlü modernləşməsinə xidmət edən mühüm bir mərhələ olacaq. Azərbaycanın gələcəyini formalaşdıracaq nəsillərin öz tarixini dərin bilik və anlayışla mənimsəməsi isə bu islahatın ən böyük nailiyyəti ola bilər”.
Leyla Turan
Demokrat.az