Ramiz Mehdiyev hazırda bu villasındadır — Qonşusu Ramil Usubovdur (FOTOLAR)

GÜNDƏM 17 oktyabr 2025, 16:11
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkdiyi məlum olub.

Demokrat.az “Unikal”a istinadən xəbər verir ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.

Qeyd olunub ki, R.Mehdiyev həmin ünvanda Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri general-polkovnik Ramil Usubovla qonşudur.

Məlumat üçün bildirək ki, Mehdiyevin ən məşhur villası Novxanı qəsəbəsində yerləşir. Ötən gün əməkdaşlarımız orada da olmuşdu.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top