“Kuruluş Orhan” bu tarixdə başlayacaq

REGİON 16 oktyabr 2025, 22:48
Türkiyənin ATV telekanalında illərdir davam edən tarixi serialı “Kuruluş Osman” yeni mövsümdə tamaşaçı qarşısına “Kuruluş Orhan” adı ilə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, baş rol ifaçısı Burak Özçivitin ayrılığının ardından serialda genişmiqyaslı yenilənmə prosesi başlayıb.

6 mövsüm ərzində böyük izləyici kütləsi qazanan layihə bu dəfə Osmanlı imperiyasının qurucusu – Osman qazinin oğlu Orxan qazinin yüksəliş dövrünü göstərəcək. Yeni hekayə imperiyanın dövlət strukturu formalaşarkən baş verən savaşlar, xəyanətlər və siyasi manevrlər üzərində cərəyan
edəcək.

Qeyd edək ki, serialda baş rolu Mert Yazıcıoğlu canlandıracaq. Yeni mövsümün oktyabrın 29-da izləyicilərə təqdim ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top