"Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu"

MƏDƏNİYYƏT 16 oktyabr 2025, 20:49

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.

Axşam.az xəbər verir ki, mərhum aktyorun həmkarı, Əməkdar artist Mətanət Atakişiyeva "Elgizlə izlə" verilişində onun ağciyər xərçəngindən vəfat etdiyini bildirib:

"Həyatı çox sevən biri idi. Sənət adamlarının həyatına kənardan baxanda deyirlər ki, "Necə də xoşbəxtdirlər. Nə iş görürlər ki?". Amma bu sənət elə əziyyətlidir ki. Rəşad o səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Yayda səhnədə qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistiləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov da ağciyər xərçəngindən vəfat edib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top