“Azərbaycan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi, bəzi qüvvələri sevindirir və biz həmin qüvvələrin Azərbaycana qarşı radikal çıxışlarının şahidi olmuşuq. Bu sıraya Semyon Bagdasarov, Marqarita Simonyan və Konstantin Zatulin kimi Rusiyada tanınan ictimai-siyasi fiqurlar daxildir. Eyni zamanda, Rusiya Dumasının bəzi deputatları eləcə də müxtəlif blogerlər və jurnalistlər də Azərbaycana qarşı qərəzli kampaniyalar aparıblar”.
Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.
O əlavə edib ki, bu qüvvələrin Azərbaycana qarşı nifrət və təxribat xarakterli çıxışları Azərbaycan-Rusiya münasibətlərindəki müsbət dinamikanı gözdən salmağa yönəlmişdi:
“Xüsusilə də, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsində bu şəxslərin erməni diasporuna sadiq şəkildə xidmət etdiklərinin dəfələrlə şahidi olmuşuq. Onlar çalışırdılar ki, Rusiya dövlətinin rəsmi mövqeyini Ermənistana yönəltsinlər və bu münasibətləri birtərəfli şəkildə təsir altına alsınlar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik və siyasi ustalığı sayəsində bu münasibətlərin daha da gərginləşməsinə imkan verilmədi. Tacikistanın paytaxtı Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşdə iki dövlət başçısının apardığı müzakirələr münasibətlərin normallaşması istiqamətində mühüm addım oldu. Bu görüş bir daha göstərdi ki, iki ölkə arasında əməkdaşlıq davam edəcək. Gələcəkdə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi, enerji sektorunda yeni layihələrin reallaşması, nəqliyyat və logistika sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi mümkündür. Əvvəllər olduğu kimi, bu münasibətlərin daha da inkişafı üçün hər iki tərəf maraqlıdır və bu yöndə atılan addımların müsbət nəticələr verəcəyi gözlənilir”.
Leyla Turan
Demokrat.az