
"Gələn ay Ağdam rayonuna daha 900 ailənin doğma yurdlarına qayıdacağı gözlənilir".
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, bu, hamı üçün böyük və sevindirici xəbərdir.
E.Hüseynov əlavə edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri vahid Baş plan konsepsiyası əsasında həyata keçirilir:
"Son beş ildə baş verən proseslərin şahidi olmaq, Qarabağda bərpa prosesinin bir parçası kimi çıxış etmək böyük qürurdur".
Qeyd edək ki, bu, işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə öz evlərinə qaytarılması prosesində növbəti mühüm mərhələ olacaq.