Bu sahədə qiymət artımı davam edəcək

GÜNDƏM 16 oktyabr 2025, 19:18
"Mənzillərin qiymətində artım tendensiyası davam edəcək".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, mənzillərin qiymətində artımın səbəbi ilk növbədə daşınmaz əmlakın investisiya cəlbediciliyinin artmasıdır:

"Vətəndaşlar aktiv gəlir əldə etməkdənsə, passiv biznesdən gəlir əldə etməyə üstünlük verirlər. Əmlakı alır, bir il sonra onun qiyməti artır və gəlir gətirir. Yaxud mənzili kirayə verir və gəlir əldə edir. Tək Azərbaycanda yox, bütün dünyada baş verən prosesdir bu. Statistik məlumatlars görə, daşınmaz əmlaka yatırımlar artır. Bu ondan irəli gəlir ki, həm passiv gəlir əldə etmə imkanı yaradır, həm də kirayə və icarə veriləndə gəlir gətirir. 

Artım tendensiyası davamlı olacaq. Əvvəllər mövsümi artımlar daha çox baş verirdi, indi isə il ərzində davamlı artım olur. Çünki manatın alıcılıq qabiliyyəti, dünyada gedən iqtisadi proseslər, qızılın qiyməti bu prosesə təsir edir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top