YapiKredi Müraciət Forması
Dünya

Fransa hökumətinə qarşı etiraz çağırışı: Universitetlər bloklanacaq

Fransa hökumətinə qarşı etiraz çağırışı: Universitetlər bloklanacaq

Noyabrın 3 və 5 tarixlərində Fransada genişmiqyaslı tələbə etirazları keçiriləcək. Gənclər hökumətə qarşı çıxaraq universitetləri bloklamağa və küçələrə axışmağa çağırılıb.

Demokrat.az xəbər verir ki, Fransa Milli Tələbələr Birliyi gəncləri hökumətə qarşı yeni etiraz aksiyalarına qoşulmağa dəvət edib.

Təşkilat noyabrın 3-nü universitetlərin bloklanması günü elan edib. Noyabrın 5-də isə kütləvi küçə nümayişlərinin keçirilməsi planlaşdırılır.

"Əgər hökumət bizi dinləmək istəmirsə, noyabrın 3-ü universitetlərdə etiraz aksiyalarının keçirildiyi gün olacaq. Ümumi yığıncaqlarda iştirak edin və universitetlərinizi bloklayın. Noyabrın 5-də isə kütləvi şəkildə küçələrə çıxın", – deyə birliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Qeyd edək ki, Fransada orta məktəblərdə də etiraz aksiyaları yenidən başlayıb. Tələbə təşkilatının məlumatına görə, 150-dən çox təhsil müəssisəsi bloklanıb. Lakin Təhsil Nazirliyi yalnız 41 məktəbdə blokada olduğunu təsdiqləyib.

NE
Nihadə Eyyubova