Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının bacısı, professor doktor Serpil Baxçalı dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, Serpil Baxçalı Ankarada qardaşı Dövlət Baxçalı ilə eyni evdə yaşayıb. O, ictimaiyyətin diqqətindən kənarda, sakit həyat tərzi sürüb.
Onun hansı səbəbdən vəfat etdiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Dövlət Baxçalı üç qız və üç oğlan olmaqla, altı uşaqlı ailədə böyüyüb.


