KİV: Tramp bu gün Putinlə telefon danışığı aparacaq

DÜNYA 16 oktyabr 2025, 19:06
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbəyə istinadən bildirib.

Qeyd olunub ki, telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutacaq.

Donald Tramp oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşəcək. Onların söhbətinin mövzularından birinin Kiyevə "Tomahawk" qanadlı raketlərinin tədarükü ilə bağlı olacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top